“Qarabağ” “Şamaxı”nı darmadağın etdi
Misli Premyer Liqasında 4-cü turun oyunları davam edir.
“İki sahil” xəbər verir ki, günün son qarşılaşmasında “Qarabağ” “Şamaxı”nı qəbul edib.
Matçın 36-cı dəqiqəsində Ovusu Kvabena hesabı açıb. 55-ci dəqiqədə isə Leandro Andrade fərqi iki topa çatdırıb. 64 və 74-cü dəqiqələrdə vurduğu qollarla dulb edən Ramil Şeydayev hesabı 4-0-a çatdırıb. Matç bu hesabla da başa çatıb.
Misli Premyer Liqası
4-cü tur
27 avqust (şənbə)
20:30. “Qarabağ” 4–0 “Şamaxı”
Qol: Ovusu Kvabena, 36, Leandro Andrade, 55, Ramil Şeydayev, 64, 74
Hakimlər: Nicat İsmayıllı, Cavanşir Yusifov, Eyyub İbrahimov, Cavid Cəlilov
“Azersun Arena”