Azərbaycan Premyer Liqasında 4-cü turun oyunları davam edir.
“İki sahil” xəbər verir ki, günün ilk qarşılaşmasında "Kəpəz" "Səbail"in qonağı olub.
“ASCO Arena”da baş tutan oyunun 11-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Əfran İsmayılov hesabı açıb. 51-ci dəqiqədə isə Qoba Zakpa bərabərlik qolunu vurub. 55-ci dəqiqədə isə Franko Mazurek “Səbail”i hesabda önə çıxarıb – 2-1.
Matçın 70-ci dəqiqəsində birbaşa qırmızı vəsiqə ilə meydandan qovulub.
Qarşılaşmanın 74-cü dəqiqəsində hesab arasındakı fərqi artıran Ağabala Ramazanov 90+4-cü dəqiqədə özünün ikinci, komandasının dördüncü qolunu vurub – 4-1.
Matç bu hesabla da başa çatıb.
Qeyd edək ki, bu gün saat 20.30-da “Qarabağ” “Şamaxı”nı qəbul edəcək.
Xatırladaq ki, ilk oyun günündə dünən "Zirə" "Neftçi"yə uduzub (1:2), "Sumqayıt" "Turan Tovuz"la heç-heçə (0:0) edib. Turun son 1 matçı isə sabah keçiriləcək.
Misli Premyer Liqası
4-cü tur
27 avqust (şənbə)
18:00. “Səbail” 4–1 “Kəpəz”
Qollar: Əfran İsmayılov, 11 (0:1), Qoba Zabka, 51 (1:1), Franko Mazurek, 55 (2:1), Ağabala Ramazanov, 74 (3:1), 90+4 (4:1)
Qırmızı vərəqələr: Rauf Əliyev, 70-birbaşa qırmızı vərəqə ("Kəpəz"), Tural Axundov, 90+3-iki sarı vərəqə ("Kəpəz"
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Namiq Bəkirov
“ASCO Arena” “ASCO Arena”