27 avqust 2022 17:17
674

Yonq "Barselona"da qalacaq

Niderland millisinin futbolçusu Frenki de Yonq İspaniyanın "Barselona" klubunda qalacaq.

"İki sahil" xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi uzun müzakirələrdən sonra bu qərarı verib.

Oyunçu maaşının tənzimlənməsi üçün Kataloniya təmsilçisi ilə danışıqlara hazırdır.

Qeyd edək ki, Frenki de Yonq ötən mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 45 oyuna çıxıb, 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçinin klubla müqaviləsi 2026-cı ildə başa çatmalıdır.