27 avqust 2022 00:31
668

“Neftçi” “Zirə”yə qalib gəldi

Azərbaycan Premyer Liqasının IV turunun “Neftçi” – “Zirə” matçında meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.

“İki sahil” xəbər verir ki,  oyunda hesabı “Neftçi” açıb.

“Neftçi”nin hücumçusu Qodfrey Donyo 14-cü dəqiqədə fərqlənib. Hamidu Keyta 54-cü dəqiqədə penaltidən hesabı bərabərləşdirsə də, Azər Əliyev 79-cu dəqiqədə qələbə topunu vurub.

Bununla da “Neftçi” xalını 9-a yüksəldib. “Zirə” isə 4 xalda qalıb.