İspaniyanın "Barselona" klubunun futbolçusu Samuel Yumtitini icarəyə verib.
“İki sahil” xəbər verir ki, 29 yaşlı müdafiəçi karyerasını İtaliyanın "Leççe" klubunda davam etdirəcək.
Fransalı oyunçunun icarə müddəti 2023-cü ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Samuel Yumtiti 2016-cı ildən "Barselona"da çıxış edir. Fransalı oyunçunun Kataloniya təmsilçisi ilə müqaviləsi 2026-cı ildə başa çatmalıdır.