25 avqust 2022 13:14
671

Azərbaycan - Qazaxıstan oyununun biletləri satışa çıxarılıb

Azərbaycan yığmasının Qazaxıstana qarşı keçirəcəyi UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyununun biletləri satışa çıxarılıb.

“İki sahil” "İTicket.az"ın rəsmi saytına istinadla xəbər verir ki, qiymət 2 - 10 manat aralığındadır.

Azarkeşlər bir şəxsiyyət vəsiqəsi ilə 1 bilet əldə edə bilər.

Qeyd edək ki, sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Qazaxıstan görüşü saat 20:00-da başlayacaq. Yığma sentyabrın 22-də Slovakiyanın qonağı olacaq. Komanda C Liqasının 3-cü qrupunda 4 qarşılaşmadan sonra 4 xalla üçüncü pillədə qərarlaşıb.