24 avqust 2022 09:14
585

AÇ: Şahmatçılarımız liderlər qrupunda mübarizəni davam etdirirlər

Şahmatçılarımız Praqada qadınlar arasında keçirilən Avropa çempionatında liderlər qrupunda mübarizəni davam etdirirlər.

"İki sahil" xəbər verir ki, təmsilçilərimiz Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova 4 turda 3,5 xal toplayaraq 1-8-ci yerləri bölüşürlər.

Komandamızın digər üzvləri Ləman Hacıyeva 3, Gövhər Beydullayeva 2,5, Səbinə İbrahimova və Xanım Balacayeva 2 xal toplayıblar.

İsveçrə sistemi üzrə keçirilən turnir avqustun 31-dək davam edəcək.