24 avqust 2022 01:04
725

Qrup mərhələsinin daha 3 iştirakçısı bəlli olub

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

“İki sahil” xəbər verir ki,  ilk oyun günündə qrup mərhələsinə vəsiqə qazanan 3 komandanın adına aydınlıq gəlib.

"Qarabağ" Çexiyada "Viktoriya" (Plzen) kollektivinə 1:2 uduzaraq, turnirdə mübarizəni dayandırıb. Plzen təmsilçisi qrup mərhələsində çıxış edəcək.

"Benfika" səfərdə məğlub etdiyi Ukraynanın "Dinamo" (Kiyev) klubuna evdə də qalib gələrək, qrup mərhələsinə yüksəlib.

İsrailda "Makkabi" (Hayfa) komandasına 2:3 hesabı ilə uduzan "Srvena Zvezda" Serbiyada rəqibi ilə heç-heçə edərək, turnirlə vidalaşıb. Hayfa təmsilçisi ilə qrupa vəsiqə qazanıb.

23 avqust

UEFA Çempionlar Liqası, pley-off mərhələsi

Cavab oyunları

23:00. "Viktoriya" (Plzen, Çexiya) - "Qarabağ" (Azərbaycan) - 2:1

Qol: Yan Kopits, 58. Yan Kliment, 73 - Filip Ozobiç, 38
İlk oyun - 0:0

23:00. "Srvena Zvezda" (Serbiya) - "Makkabi" (Hayfa, İsrail) - 2:2

Qollar: Aleksandar Peşiç, 27. Mirko İvaniç, 43 - Daniel Sundqren, 45+5. Milan Pavkov, 90 (avtoqol)
İlk oyun - 2:3

23:00 "Benfika" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna) - 3:0

Qollar: Nikolas Otamendi, 27. Rafa Silva, 40. David Neres, 42
İlk oyun - 2:0

Qeyd edək ki, Çempionlar Liqasında digər cavab qarşılaşmaları bu gün olacaq. Hələlik qrup mərhələsinin 32 iştirakçısından 29-u məlumdur.