24 avqust 2022 00:33
621

"Qarabağ"ın futbolçusu "Viktoriya" ilə oyunda zədələnib

"Qarabağ"ın futbolçusu Riçard Almeyda zədələnib.

“İki sahil” xəbər verir ki,  braziliyalı yarımmüdafiəçi Çexiyada "Viktoriya" (Plzen) komandasına qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında sıradan çıxıb.

Görüşü davam etdirə bilməyən 33 yaşlı oyunçu 53-cü dəqiqədə Marko Yankoviçlə əvəzlənib.