Masallı rayon Gənclər və İdman İdarəsinin, AFFA, Azad Futbol klubunun təşkilatçılığı və Bioloji Təbabət Klinikasının baş sponsorluğu sayəsində “Şəhidlər ölməz, Vətən bölünməz -2022” adlı mini-futbol turnirinin final oyunu keçirilib.
Şəhid ailələri, müharibə veteranları, veteran futbolçuları, AFFA nümayəndələri, eləcə rayon ictimaiyyəti iştirak etdiyi oyunda əvvəlcə Vətən yolunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb və Dövlət Himni oxunub. Rayonun Viləş Mini stadionunda baş tutan final oyuna “Ərkivan” futbolçuları ilə “Şassi” komandası yaşıl meydançaya çıxıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunun hər iki hissəndə tabloya yazılan rəqəmlər “1-1” olub. Əlavə vaxt təyin edilbi. Əlavə vaxtda da hesab dəyişməyib. 7 metrlik cərimə zərbəsi vurulub, “Şassi” komandası “Ərkivan” komandasını məğlub edərək turnirin qalibi olub. Beləliklə çempion “Şassi” komandası birinci yer üçün ayrılmış 2000 manat pul mükafatını qazanıb. Turnirin ikincisi “Ərkivan” komandasına 1000 manat verilib. Üçüncü mükafat isə “Göytəpə “ komandasının oldu. Həm də qalib komandalara yarışda tutduqları yerlərə görə diplom və mükafatlar verilib.
Məlumat üçün bildirək ki, 12 komandanın iştirak etdiyi turnir 4 iyulda başlanıb və 20 avqust final mərhələsi ilə başa çatıb. Oyunları AFFA tərəfindən rəsmi təyin olunmuş milli dərəcəli hakimləri Rəşad Aydınov və Xalid Quliyev idarə ediblər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü