14 avqust 2022 20:24
753

“Şamaxı” Qəbələdən xalqıs qayıdır

Bu gün Azərbaycan Premyer Liqasında 2-ci turu çərçivəsində “Qəbələ” doğma meydanda “Şamaxı”nı qəbul edib.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 8-ci dəqiqəsində meydan sahibləri Rövlan Muradovun qolu ilə hesabı açıb. İki dəqiqə sonra – 10-cu dəqiqədə Murad Musayevin vurduğui fərqi 2 topa çatçırıb – 2-0. Qarşılaşmanın 20-ci dəqiqəsində Felipe Santos Şamaxı təmsilçilərini növbəti dəfə meydanın mərkəzindən başlamağa məcbur edib.

Matçın 56-cı dəqiqəsində “Şamaxı”nın futbolçusu Amil Yunanov komandasının təsəlli qolunun müəllifi olub – 3-1.

14 avqust (bazar)

18:20. “Qəbələ” 3–1 “Şamaxı”

Qollar: Rövlan Muradov, 8 (1:0), Murad Musayev, 10 (2:0), Felipe Santos, 20 (3:0), Amil Yunanov, 56 (3:1)

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Emin Əliyev

Qəbələ şəhər stadionu