14 avqust 2022 17:57
671

Milenkoviçlə 5 illik müqavilə

"Fiorentina" futbolçusu Nikola Milenkoviçlə müqaviləni uzadıb.

Serbiya millisinin müdafiəçisinin yeni sözləşməsi 2027-ci ilin yayına qədərdir. O, yeni müqaviləyə əsasən, ilinə 3.5 milyon avro gəlir əldə edəcək.
 
Qeyd edək ki, Nikola Milenkoviç 2017-ci ildə “Partizan”dan “Fiorentina”ya transfer olnub. Mərkəz müdafiəçisi Florensiya klubunda keçirdiyi 5 mövsüm ərzində 172 oyuna çıxıb, 4 qola imza atıb.

Qol.az