14 avqust 2022 09:49
668

Daha bir güləşçimiz bürünc medal qazandı

Azərbaycanın yunan-roma güləşçisi Sabah Şəriəti V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

“İki sahil” xəbər verir ki, o, Qazaxıstan idmançısı Anton Savenkoya 5:0 hesabı ilə uduzub.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.

İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir. Yarışlar Konya şəhərinin 14 yerində keçirilir. Yarışın nəticələrinə əsasən, idmançılara 355 medal təqdim olunacaq.