Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları davam edir.
“İki sahil” xəbər verir ki, Bakının “Səbail” “ASCO Arena”da “Turan Tovuz”u qonaq edib.
Qarşılaşmanın 47-ci dəqiqəsində tovuzluların futbolçusu Natan Oduva hesabı açıb. Matç bu hesabla da başa çatıb.
13 avqust (şənbə)
20:30. “Səbail” 0–1 “Turan Tovuz”
Qol: Natan Oduva, 47
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Cəmil Quliyev, Kamal Umudlu
“ASCO Arena”