Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları davam edir.
“İki sahil” xəbər verir ki, Sumqayıtın eyniadlı klubu son çempion "Qarabağ"ı qəbul edib.
“Kapital Bank Arena”da keçirilən oyunda qonaqların iki qolu “VAR” tərəfindən ləğv edilsə də 90+4-cü dəqiqədə Musa Qurbanlı hesabı açıb. Dörd dəqiqə sonra - 90+8-ci dəqiqədə Filip Ozobiç ağdamlıların ikinci qolunu vurub – 0-2.
Matç bu hesabla da başa çatıb.
Qeyd edək ki, ötən gün "Sabah" "Zirə"yə 3:1 hesabı ilə qalib gəlib.
13 avqust (şənbə)
18:20. “Sumqayıt” 0–2 “Qarabağ”
Qol: Musa Qurbanlı, 90+4, Filip Ozobiç, 90+8
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Müslüm Əliyev, Rəvan Həmzəzadə
“Kapital Bank Arena”