13 avqust 2022 18:27
757

Voleybolçumuz: Hədəfimiz vətənə qızıl medalla dönməkdir

“İslamiadada B qrupunda mübarizəyə başladıq. Qrupda üç görüş keçirdik. İlk iki matçda rahat qələbə qazandıq. Sonuncu görüşümüz Kamerun yığmasına qarşı oldu. Birinci  setdə öz səhvlərimizə görə məğlub olduq. Buna baxmayaraq sonra hissələri qazanaraq matçın qalibi ola bildik və qrup lideri kimi növbəti mərhələyə yüksəldik.

“İki sahil” xəbər verir ki, bunu voleybol üzrə Azərbaycan millisinin toppaylayıcısı  Şəfaqət Alışanova deyib.

O bildirib ki, sabah (avqustun 14-də - red.) yarımfinalda İran yığması ilə qarşılaşacağıq: “Hədəfimiz vətənə qızıl medalla dönməkdir. Çalışmalıyıq ki, qarşıdakı görüşlərdə daha yaxşı oyun göstərək. İnanıram ki, bu yarışda qalib gələrək 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarındakı qələbəni təkrarlayacağıq”.