13 avqust 2022 08:19
648

Cüdoçularımız Gürcüstanda təlim-məşq toplanışında iştirak edirlər

Cüdo üzrə yeniyetmələrdən ibarət milli yığma komandamızın 12 üzvü Gürcüstanın Qori şəhərində təlim-məşq toplanışına qatılıb.

Azərbaycan Cüdo Federasiyasından "İki sahil"ə verilən məlumata görə, hazırlıqda Gürcüstanın yeniyetmələrdən ibarət komandası ilə yanaşı, Qazaxıstan və Kiprdən olan idmançılar da iştirak edirlər.

Yeniyetmə cüdoçularımıza baş məşqçi Rüstəm Alimli və məşqçi Emin İskəndərov rəhbərlik edir.

Təlim-məşq prosesi avqustun 24-28-də Sarayevoda təşkil olunacaq yeniyetmələr arasında dünya çempionatına hazırlıq məqsədi daşıyır.