12 avqust 2022 21:07
644

Eldəniz Əzizli: Əsas hədəf İslamiadada qələbə qazanmaq idi

Əsas gücümü ikinci hissəyə saxlamışdım. Rəqibimin parterdə mənə heç nə edə bilməyəcəyini bilirdim.

“İki sahil” xəbər verir ki,  bu sözləri V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli jurnalistlərə müsahibəsində bildirib.

O, finaldakı rəqibi - özbəkistanlı Jasurbek Ortikboyevlə qarşılaşmasından danışıb. Rəqibin onun onun qolunu dişləmək istəməsinə münasibət bildirən idmançı deyib ki, güləşdir, hər şey ola bilər: “Dişi qoluma dəydi. Bunu təbii qarşılamaq və qıcıqlanmamaq lazımdır. Əks-təqdirdə nəzarəti itirə bilərsən. Əsas hədəf İslamiadada qələbə qazanmaq idi. Şükürlər olsun ki, arzuma çatdım".

E.Əzizli sentyabrda Serbiyanın paytaxtı Belqradda təşkil ediləcək dünya çempionatında qalib olmağı qarşıya məqsəd qoyduğunu bildirib: “Azərbaycanın yunan-Roma güləşi tarixində yalnız Fərid Mansurov ikiqat dünya çempionu adına layiq görülüb. Mən isə bu sevinci bir dəfə yaşamışam. Hədəf ikinci dəfə dünya çempionu titulunu qazanmaqdır”.