12 avqust 2022 19:16
795

Qadın güləşçimiz Elnurə Məmmədova V İslamiadada bürünc medala sahib olub

Qadın güləşçimiz Elnurə Məmmədova V İslamiadada bürünc medala sahib olub.

“İki sahil” xəbər verir ki,  turnirdə 55 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz üçüncü yer uğrunda görüşdə tunisli Faten Hammamiyə 11:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.