12 avqust 2022 18:59
646

Güləşçimiz İslamiadanın qalibi oldu

Azərbaycan güləşçisi Eldəniz Əzizli İslam Həmrəylik Oyunlarında qızıl medal qazanıb.

“İki sahil” xəbər verir ki,  o, yunan-Roma yarışlarının finalında özbəkistanlı rəqibi Jasurbek Ortikboyevə 10:1 hesabıyla qalib gələrək İslam Həmrəyliyi Oyunlarının qalibi olub.