12 avqust 2022 00:45
718

"Neftçi"nin daha bir futbolçusu "Rapid"lə oyunda zədələnib

"Neftçi"nin daha bir futbolçusu zədələnib.

“İki sahil” xəbər verir ki,  Kenni Sayef Avstriyada "Rapid"ə qarşı keçirdikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda sıradan çıxıb.

29 yaşlı yarımmüdafiəçinin yerinə 100-cü dəqiqədə meydana Azər Əliyev daxil olub. Daha əvvəl Azər Salahlı eyni səbəbdən qarşılaşmaya davam edə bilməyib.

Qeyd edək ki, "Rapid" 1:0 hesabı ilə öndədir. Bakıdakı ilk görüşdə "Neftçi" 2:1 hesabı ilə qalib gəlib.