11 avqust 2022 12:45
683

Hacı Əliyev İslamiadada iki dəfə medal kürsüsünə niyə dəvət olunub?

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 65 kq çəki dərəcəsində çempion olan sərbəst güləşçi Hacı Əliyevin medal kürsüsünə iki dəfə qalxmasının səbəbi bilinib.

“İki sahil” xəbər verir ki,  təşkilatçılar gümüş medal qazanmış Zəlimxan Abakarovun şərəfinə qaldırılmış Albaniya bayrağını səhv asıblar.

Təşkilatçılar daha sonra bu səhvi aradan qaldırıb. İdmançılar bu səbəbdən ikinci dəfə fəxri kürsüyə dəvət olunublar.

Onu da bildirək ki, milliyyətcə çeçen olan Zəlimxan Abakarovun şəxsi məşqçisi Azərbaycanın sərbəst güləş millisinin məşqçisi Zəlimxan Hüseynovdur.