10 avqust 2022 21:19
748

Səfərə Bakıdakı hesabı qorumağa gəlməmişik

"İlk oyunda qələbə qazandıq. Buraya da bunun üçün gəlmişik. Bizi çətin qarşılaşmanın gözlədiyini bilirik. Rəqib bu oyuna daha yaxşı hazırlaşacaq. Çünki evdə oynayırlar".

“İki sahil” xəbər verir ki,  bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Avstriyanın "Rapid" komandasına qarşı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis matça hazır olduqlarını bildirib: "Rapid" ciddi rəqibdir. Səfərə Bakıdakı hesabı qorumağa gəlməmişik. Rəqibə hörmət edirik, amma qələbə qazanmaq niyyətindəyik".

Qeyd edək ki, iyulun 11-də oynanılacaq matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. İlk qarşılaşmada "Neftçi" 2:1 hesabı ilə qalib gəlib.