10 avqust 2022 20:52
678

Azərbaycan taekvondoçuları V İslamiadada daha iki medala sahib olublar

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında taekvondoçumuz Fəridə Əzizova (67 kq) qızıl medal qazanıb.

“İki sahil” xəbər verir ki,  komandamızın üzvü F.Əzizova finalda iranlı Zeyneb İsmailiyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Komandamızın digər üzvü Cavad Ağayev (68 kq) isə finalda özbəkistanlı Uluqbek Raşitova məğlub olaraq gümüş medalla kifayətlənib.