10 avqust 2022 20:10
659

Stadnikə qızıl medalı MOK-un baş katibi Azər Əliyev təqdim edib

V İslam Həmrəyliyi Oyunlarının qadın güləşi yarışlarında 50 kiloqram çəki dərəcəsində qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda mükafatları Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev təqdim edib.

Bu çəki dərəcəsində yarışın qalibi Azərbaycan güləşçisi Mariya Stadnik olub. Özbəkistan idmançısı Jasmina İmmaeva yarışı ikinci, Tunis güləşçisi isə Sarra Hamdi isə üçüncü pillədə başa vurublar.