10 avqust 2022 19:57
360

2 taekvondoçumuz finala yüksəlib

Azərbaycan qadın taekvondoçusu Fəridə Əzizova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

“İki sahil” xəbər verir ki,  67 kq-da yarışan idmançı yarımfinalda Mərakeşli Safi Salihə qalib gəlib.

68 kq-dakı Cavad Ağayev də yarımfinalda Seneqal təmsilçisini məğlub edərək, finala adlayıb.

Bu isə o deməkdir ki, Əzizova və Ağayev ən azı gümüş medalı özləri üçün təmin ediblər.