10 avqust 2022 13:45
834

Azərbaycanın İslam Həmrəyliyi Oyunlarında əldə etdiyi medalların sayı 6-ya çatıb

Azərbaycan taekvondoçusu Cavad Ağayev (68 kq) Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında azı bürünc medalı özü üçün təmin edib.

“İki sahil” xəbər verir ki,  o, Qazaxıstan təmsilçisi Eldar Birimbaya qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Bununla da Azərbaycanın İslam Həmrəyliyi Oyunlarında əldə etdiyi medalların sayı 6-ya çatıb.