Türkiyə millisinin üzvü Zeki Çelik "Lill"dən "Roma"ya transfer olunub.
“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Z.Çelik A seriyası təmsilçisində 19 nörməli formanı geyinəcək.
Qeyd edək ki, Çelik 2018-ci ildən Liqa 1 klubunda oynayırdı. O, bu müddət ərzində 150 matça çıxıb və ötən il komandası ilə Fransa çempionluğunu qazanıb. Futbolçu Türkiyə millisinin heyətində 32 görüşdə meydanda olub.
Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb