"Çelsi"nin futbolçusu Kristian Pulişiç klubda qalacaq.
“İki sahil” xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. 23 yaşlı yarımmüdafiəi bu yay transfer pəncərəsində "Çelsi"dən ayrılmaq istəmir.
Pulişiç İngiltərə klubuna 2019-cu ilin yanvarında Dortmund "Borussiya"sından keçib. ABŞ millisinin üzvü 2018/2019 mövsümünün 2-ci hissəsini Almaniya klubunda keçirib və yayda “Çelsi”yə qoşulub. O, geridə qalan mövsüm 38 matçda 8 qol vurub və 4 qolun ötürməsini verib.
Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb