"Yuventus"un futbolçusu Matteyis de Liqt klubdan ayrılmaq istəyir.
“İki sahil” xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. 22 yaşlı müdafiəçi artıq Turin təmsilçisinə başqa komandaya transfer olunmaq istədiyi barədə bildirib. O, "Bavariya"ya keçmək niyyətindədir.
Xatırladaq ki, de Liqt 2019-cu ilin yayında "Ayaks"dan "Yuventus"a 75 milyon avro qarşılığında transfer olunub. O, geridə qalan mövsüm "Yuventus"un heyətində bütün turnirlərdə 42 oyunda 3 qol vurub və 1 qolun ötürməsini verib. Onun transfer dəyəri 70 milyon avro məbləğində qiymətləndirir. Niderlandlı futbolçunun "Yuventus"la müqaviləsi 2024-cü ilin yayına qədərdir.
Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb