05 iyul 2022 10:10
642

"Qəbələ" Akellə maraqlanır

"Qəbələ" heyətini daha bir futbolçu ilə gücləndirmək istəyir.

“İki sahil” xəbər verir ki, "qırmızı qaralar" İsrailin "Aşdod" klubunda çıxış edən Fares Abu Akellə maraqlanır.

İddiaya görə, 25 yaşlı yarımmüdafiəçi Qəbələ təmsilçisi ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, daha əvvəl İsrail mətbuatı Fares Abu Akellə "Neftçi"nin maraqlandığını yazıb.