“Mançester Yunayted”in baş məşqçisi Erik Ten Haq hücumçu Kriştiano Ronaldo ilə gələcəyini şəxsən müzakirə etmək istəyir.
“İki sahil” xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilib ki, tərəflər arasında söhbət Ronaldonun mövsümöncəsi məşqlərə başlamaq üçün klubun düşərgəsinə qayıtdığı vaxta planlaşdırılıb.
Daha əvvəl 37 yaşlı oyunçunun "qırmızı şeytanlar"ın rəhbərliyindən yaxşı təklif gələrsə, onu satmağı xahiş etdiyi bildirilirdi. Portuqaliyalı hücumçu Premyer Liqadakı rəqibləri ilə müqayisədə klubun transfer bazarındakı fəallığından narazıdır.
Qeyd edək ki, Ronaldonun "Mançester Yunayted" rəhbərliyindən yay transfer pəncərəsində 6-7 yeni futbolçu ilə müqavilə imzalamağı xahiş etdiyi də bildirilirdi.
Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb