04 iyul 2022 08:00
649

Millimiz B qrupunda mübarizə aparacaq

Türkiyənin Konya şəhərində 9-18 avqust tarixlərində təşkil olunacaq V İslam Həmrəyliyi oyunlarında mübarizə aparacaq 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib.

"İki sahil" AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, millimiz B qrupunda Marakeş, İran və Səudiyyə Ərəbistanı komandaları ilə mübarizə aparacaq.