04 iyul 2022 02:15
699

İddiaçılar turniri: Teymur Rəcəbov Fabiano Karuana ilə heç-heçə edib

İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 13-cü turun oyunları keçirilib.

"İki sahil" xəbər verir ki, Azərbaycan qrosmeysteri Teymur Rəcəbov növbəti turda ABŞ təmsilçisi Fabiano Karuana ilə heç-heçə edib.

Qeyd edək ki, şahmatçımız ötən turların nəticəsinə görə, 6,5 xalla 4-cü sırada qərarlaşıb.

Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq.