04 iyul 2022 00:54
751

Millimizin futbolçusu 29:0 bitən oyunda 3 qol vurdu

Millimizin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi "Erzgebirge" növbəti yoxlama oyununa çıxıb.

"İki sahil" xəbər verir ki, yeni mövsüm Almaniya 3-cü liqasında mübarizə aparacaq Aue klubu ölkənin bölgə liqası təmsilçisi "SV Leukersdorf"la qarşılaşıb. Matç "Erzgebirge"nin 29:0 hesablı qələbəsi ilə başa çatıb.

Nazarov start heyətdə meydana çıxıb və 2-ci hissədə əvəzlənib. 14 qolun vurulduğu ilk hissədə millimizin üzvü də het-trik edib. O,  8, 22, 36-cı dəqiqələrdə fərqlənib.