03 iyul 2022 15:47
729

Solomon Kverkveliya "Neftçi"də

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

"İki sahil" xəbər verir ki, "ağ-qaralar" Gürcüstan millisinin müdafiəçisi Solomon Kverkveliyanı transfer edib.

30 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Solomon Kverkveliyanın son klubu Gürcüstan "Qaqra"sı olub. O, daha əvvəl Rusiyada "Zenit", "Rubin", "Lokomotiv" (Moskva), "Rotor", həmçinin, Ukraynada "Metalist" kimi komandaların formasını geyinib.