03 iyul 2022 12:09
678

Azərbaycanda məşqçisi qəza nəticəsində ölüb

Gəncədə fəaliyyət göstərən "Metallurq" İdman Klubunun cüdo üzrə məşqçisi Orxan Hümbətov ağır yol-nəqliyyat hadisəsi zamanı vəfat edib.

Bu barədə "İki sahil"ə Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən məlumat verilib.

Qəza nəticəsində mütəxəssisin ailə üzvləri də dünyasını dəyişib.

Qurum bütün cüdo ailəsi adından Hümbətov və ailə üzvlərinin vəfatından kədərləndiyini bildirib, onun yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!