"Atletiko"dan ayrılan Şime Vrsalko karyerasını Yunanıstanda davam etdirəcək.
“İki sahil” xəbər verir ki, xorvatiyalı futbolçu "Olimpiakos"a keçib. Klubun rəsmi saytı 30 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalandığını açıqlayıb. O, yeni komandasına azad agent kimi keçib.
Qeyd edək ki, Xorvatiya millisinin üzvü “Dinamo”(Zaqreb), “Cenoa”, “Sassuolo”, İnter” klublarında da çıxış edib.
Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb