02 iyul 2022 18:36
759

Emre Morun "Fənərbağça"ya keçidi rəsmiləşib

Futbol üzrə Türkiyə millisinin və "Karagümrük"ün oyunçusu Emre Morun "Fənərbağça"ya keçidi rəsmiləşib.

"İki sahil" klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə üçillik müqavilə imzalanıb.

Qeyd edək ki, futbolçu "Borussiya" (Dortmund), "Selta", "Qalatasaray" və "Olimpiakos"da da çıxış edib.