02 iyul 2022 18:18
739

"Beşiktaş" Aleks Teyşeyra ilə yollarını ayırıb

Türkiyənin "Beşiktaş" klubu futbolçusu Aleks Teyşeyra ilə yollarını ayırıb.

"İki sahil" xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Qeyd edilib ki, 32 yaşlı braziliyalı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub.

Qeyd edək ki, Aleks Teyşeyra 2021-ci ilin avqustunda "Beşiktaş"a keçib.