01 iyul 2022 18:19
737

La Liqa klubu türk futbolçu ilə yolları ayırdı

Türkiyəli futbolçu Okay Yokuşlu İspaniyanın "Selta" klubundan ayrılıb.

"İki sahil" La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasənda xitam verilib.

Qeyd edək ki, Türkiyə yığmasının da üzvü olan yarımmüdafiəçi son mövsümü "Xetafe"də icarədə keçirib.