İtaliya millisinin üzvü Andrea Belotti “Torino”dan ayrılıb.
"İki sahil" klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu Turin təmsilçisi ilə başa çatan müqaviləsini yeniləməyib.
2015-ci ilin yayından “Torino”da çıxış edən Belotti bu müddətdə 251 oyuna 113 qol vurub.
Qeyd edək ki, Belotti ötən il İtaliya millisi ilə Avropa çempionu olub.
Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb