"Napoli" heyətinə yeni futbolçu qatıb.
"İki sahil" klubun saytına istinadən xəbər verir ki, İtaliya təmsilçisi Batumi "Dinamo"sundan Gürcüstan millisinin üzvü Xviça Kvaratsxeliyanı transfer edib. Lakin 21 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Xviça mart ayında Rusiya "Rubin"indən ayrılıb, "Dinamo"ya keçmişdi. O, Rusiyada oynadığı üçün ölkəsində ailəsi təhdid olunurdu. Rusiyanın Ukraynada apardığı müharibəyə görə Gürcüstanda Xviçanın Kazan təmsilçisində oynamasını istəmirdilər.
Xatırladaq ki, Xviça Kvaratsxeliya Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.
Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb