01 iyul 2022 14:52
685

"Mançester Siti" bu qapıçının transferini rəsmiləşdirdi

"Mançester Siti" qapıçı Stefan Orteqanın transferini rəsmiləşdirib.

“İki sahil” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 29 yaşlı alman qolkiper ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Orteqanın son klubu "Arminiya" olub. O, bu yay müqaviləsi başa çatığı üçün klubdan ayrılıb. Oyunçu geridə qalan mövsüm Bundesliqada 33 matça çıxıb.