03 iyun 2022 20:00
1910

Millimiz Qazaxıstana uduzdu YENİLƏNİB

Azərbaycan milli komandası UEFA Millətlər Liqasında ilk oyununu keçirib. 

Canni De Byazinin baş məşqçi olduğu kollektiv C Liqasında 3-cü qrupun qarşılaşmasında Qazaxıstanın qonağı olub. 

Nur-Sultan şəhərindəki "Astana Arena"da təşkil olunmuş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qolu Abat Aymbetov vurub. 

***

Qazaxıstan və Azərbaycan yığmaları arasında UEFA Millətlər Liqasının C Liqasının 3-cü qrupunun ilk tur oyununda növbəti top vurulub.

Qarşılaşmanın 60-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Abat Aymbetov özünün və komandasının ikinci qoluna imza atıb. 

VAR sisteminə müraciət olunduqdan sonra qol qeydə alınıb - 2:0. 

***

Qazaxıstan və Azərbaycan yığmaları arasında UEFA Millətlər Liqasının C Liqasının 3-cü qrupunun ilk tur oyununda hesab açılıb.

Nur-Sultandakı "Astana Arena"da keçirilən qarşılaşmanın 50-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Abat Aymbetovun uzaqdan zərbəsindən sonra top qapıya daxil olub - 1:0.

***

Qazaxıstan və Azərbaycan yığmaları arasında UEFA Millətlər Liqasının C Liqasının 3-cü qrupunun ilk tur oyunu start götürüb.

“İki sahil” xəbər verir ki,  qarşılaşma Nur-Sultandakı "Astana Arena"da keçirilir.

Qazaxıstan və Azərbaycan yığmaları arasında UEFA Millətlər Liqasının C Liqasının 3-cü qrupunun ilk tur oyununda birinci hissə başa çatıb.

"Report"un məlumatına görə, Nur-Sultandakı "Astana Arena"da keçirilən qarşılaşmada komandalar fasiləyə qolsuz bərabərliklə çıxıblar.