03 iyun 2022 16:22
1011

"Neftçi”nin baş məşqçisi kim olacaq?

"Neftçi” Peşəkar Futbol Klubunda Müşahidə Şurasının iclasının vaxtı dəqiqləşib.

“İki sahil” komandanın rəsmi saytına istinadla xəbər verir ki, toplantı iyunun 8-nə təyin edilib.

Klubun inzibati binasında təşkil olunacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Hesabatların dinlənilməsi.

2. A komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.

3. B komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.

4. Növbəti mövsümün büdcəsi.

5. Digər məsələlər.

Qeyd edək ki, Müşahidə Şurasının iclasının başlanma saatı haqqında daha sonra məlumat veriləcək.