Azərbaycan Cüdo Federasiyasının (ACF) elan etdiyi cüdo idman növünə həsr olunmuş jurnalist müsabiqəsinin mükafatı açıqlanıb. Azərbaycanda cüdonun yaranmasının 50 illik yubileyi münasibəti ilə təşkil olunmuş jurnalistlər arasındakı yarışda 10 qalibin hər biri 500 AZN məbləğində pul mükafatı alacaq.
“İki sahil” xəbər verir ki, müsabiqəni təşkil etməkdə ACF-in məqsədi ölkədə cüdo idmanına marağın artırılması, cüdo fəlsəfəsinin yayılması, bu idman növünün təbliğidir. Xatırladaq ki, müsabiqədə bütün növ media (TV, radio, qəzet, jurnal, sayt, sosial media) mənsubları iştirak edə bilər. Əsas şərt materialların aşağıdakı 5 alt mövzunun hər hansı birinə aid olması və bu alt mövzunu ən yaxşı şəkildə təqdim edə bilməsidir:
1) Azərbaycanda cüdonun tarixi
2) Azərbaycanın cüdo qəhrəmanları
3) Cüdonun fəlsəfəsi
4) Cüdo elitar idman növü kimi
5) Uşaqların sağlam inkişafında cüdonun rolu
Jurnalistlər müsabiqəyə 20 may – 10 iyul 2022-ci il tarixləri ərzində yayımlanan materialları təqdim edə bilər. Yarışda iştirak etmək istəyən media mənsubları hazırlayacaqları materialların linklərini [email protected] ünvanına mövzu hissəsinə müsabiqənin 5 alt mövsunun adından uyğun olan birini qeyd edərək göndərməlidirlər. Materialların internet resurslarında yayımlanmasını və qalıcılığını təmin etmək üçün onlar müsabiqəyə yalnız internet üzərindən email vasitəsilə qəbul olunur. Ənənəvi media (TV, radio, qəzet, jurnal) nümayəndələri müsabiqə materiallarını öz malik olduqları internet resurslarının hər hansı birində (sayt, “Youtube” kanalı, sosial media hesabları və s.) yerləşdirərək linkini təqdim edə bilər. Materialların göndərilıməsi üçün son tarix: 10 iyul saat 23:59-dur. Bir media qurumu adından maksimum 3, bir jurnalist tərəfidnən isə yalnız 1 material təqdim edilə bilər. Multimedia (video, fotoslayd, infoqrafika) elementlərinin istifadə olunduğu materiallara əlavə üstünlük veriləcək.
Təqdim olunacaq materialların şərtlərə uyğunluğu, müəlliflik hüquqlarının qorunması, plaqiat olmaması araşdırılacaq. Materialları 5 nəfərdən ibarət münsiflər heyəti qiymətləndirəcək. Obyektivliyi təmin etmək üçün mükafatlandırma gününədək jüri üzvləri açıqlanmayacaq. Hər bir münsif materiallara fərdi qiymət verəcək və verilən qiymətlər toplanaraq ümumi nəticə çıxarılacaq.
Münsiflərin qiymətləndirməsi ilə ən çox bal toplayan 10 material müəllifi qalib seçiləcək. Müsabiqənin qalibləri 22 iyul – Azərbaycan Milli Mətbuatının yaranmasının 147 illiyi ərəfəsində elan ediləcək.
U-21 millimizin Avropa çempionatının seçmə mərhələsində oyunlarının vaxtı müəyyənləşib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA YEKUN VURULUB