"Real"ın və Fransa millisinin futbolçusu Kərim Benzema gələcək üçün hədəflərindən danışıb.
“İki sahil” xəbər verir ki, 34 yaşlı hücumçu deyib: “Hələ planlarım çoxdur. Mən kuboklar almaq, Çempionlar Liqasını birdəfə və ya daha çox qazanmaq istəyirəm. Milli komanda ilə isə təbii ki, dünya çempionatını qazanmaq istəyirəm. Xəyallar mənim sahib olduğum hər şeydir. Dünya çempionlarının kubokunu qaldırmaq fürsəti mənim üçün apoteoz olardı. Dünya Kubokunu qazanmaq bir arzunun gerçəkləşməsidir. Ona görə də təbii ki, bu kuboku hədəfləyirəm".
Xatırladaq ki, Fransa millisi DÇ-2018-in qalibi olsa da, Benzema yığmanın heyətində yox idi.
U-21 millimizin Avropa çempionatının seçmə mərhələsində oyunlarının vaxtı müəyyənləşib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA YEKUN VURULUB