Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Millətlər Liqasında İspaniya ilə oyundan (1:1) sonra öz İnstaqram hesabında paylaşım edib.
“İki sahil” xəbər verir ki, 37 yaşlı hücumçu bu sözləri yazıb: “Millətlər Liqasını ilk dəfə biz qazanmışıq və bu turnir komandamızla əbədi bağlı olacaq. Bu mövsümə İspaniyada vacib heç-heçə ilə başlamaq ambisiyalarımızı canlandırır. Həmişə olduğu kimi, Portuqaliya üçün qələbə bizi hərəkətə gətirən və birləşdirən şeydir".
Qeyd edək ki, Ronaldo dünənki matçın 62-ci dəqiqəsində meydana daxil olub. O, ardıcıl 5 oyundur ki, millinin heyətində qol vurmur.
U-21 millimizin Avropa çempionatının seçmə mərhələsində oyunlarının vaxtı müəyyənləşib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA YEKUN VURULUB