Millətlər Liqasının 1-ci turunda Portuqaliya ilə matç İspaniya millisinin futbolçusu Serji Busqets üçün əlamətdar olub.
“İki sahil” xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi matçda meydana start heyətdə daxil olub. O, bununla da millidə 134-cü oyununu keçirib. Belə nəticə ilə Busqets yığmanın sabiq futbolçusu Xavi Ernandesi geridə qoyub. O, millidəki oyun sayına görə ilk "3-lüy"ə yüksəlib.
1-ci yerdə serxio Ramos (180), ikinci yerdə isə İker Kasilyasdır (167).
Qeyd edək ki, Portuqaliya - İspaniya oyunu 1:1 hesabı ilə başa çatıb.
U-21 millimizin Avropa çempionatının seçmə mərhələsində oyunlarının vaxtı müəyyənləşib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA YEKUN VURULUB